“SieTek” MMC şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “SieTek” MMC şirkəti tibbi avadanlığın çatdırılması, quraşdırılması, işə salınması və sazlanması, zəmanətli və zəmanət müddəti bitdikdən sonra istismar xidməti üzrə fəaliyyət göstərir və həmçinin Azərbaycan ərazisində olan tibbi müəssisələrin layihələndirilməsini və komples şəkildətəchizatını həyata keçirir.

 

  • Siemens AG
  • Sirona Dental
  • Dräger Medical
  • Matachana Group
  • Bayer Medical  

 

       kimi bir sıra xarici şirkətlərin rəsmi nümayəndəsi olan SieTek MMC şirkəti müştərilərin hər biri ilə əla münasibətlərin qurulması və bizim tərəfdən quraşdırılmış tibbi avadanlığın işlək vəziyyətdə saxlanması üçün qüvvəsini əsirgəmir.

 

Fəaliyyətimizin əsas istiqamətləri:

  • Diaqnostika avadanlıqları
  • MRT
  • KT
  • PET və PET\KT tomoqraflar
  • Anqioqraflar
  • Rentgen qurğular
  • Mammoqraflar
  • USM cihazları
  • Litotripterlər və s.
  • Laborator avadanlıqları
  •  Avtomatlaşdırılma Sistemləri
  • Biokimya
  • İmmunologiya \ Allergologiya
  • İnteqrə olunmuş Sistemlər
  • Hemostaz
  • Hematologiya
  • Qan qazları analizatirları
  • Diabetoloji, Kardioloji və Nefelometriya Analizatorları
  • Dental avadanlıq
  • Reanimasiya və cərrahiyyə avadanlığı (monitorlar, suni tənəffüs cıhazları, anesteziya aparatları və s.)
  • Avtoklavlar və sterilizatorlar
  • İnjektorlar

 

      Etibarlı iş partnyoru adı, əməkdaşlarının yüksək peşəkarlığı, şüurlu qiymət siyasəti bu mürəkkəb sektorda Şirkətimizin aparıcı mövqe tutmasına  imkan yaratdı. Bütün Respublika üzrə klinikaların təhcizatı ilə məşğul oluruq. Ölkəmizin ərazisində çoxsaylı müəlicə mərkəzlərini tibbi avadanlıqla təchiz etmişik:

  • Qusar
  • Quba
  • Şirvan
  • Cəlilabad
  • Lənkəran
  • Fizuli
  • Bərdə
  • Gəbələ
  • Zaqatala
  • Gəncə
  • Balakən
  • Qazax.

 

           Biz tibbi malların funksional imkanları, xarakteristikları və qiymətləri barədəsində geniş məlumat bazasına malik olaraq, müştərilərimizə malların düzgün və professional seçimi və eyni zamanda daimi müştərilərimiz üçün çevik güzəşt sistemi hesabına onların maliyyə vəsaitlərinin çox mühüm hissəsinə qənaət edilməsinə kömək edirik. Müştərilərin sifarişi üzrə şirkətimizin əməkdaşları onların məqsədlərinə və maliyyə imkanlarına uyğun olaraq tibbi avadanlığı seçirlər. Biz tibbi avadanlıqların qısa müddətdə müştəriyə çatdırılmasını həyata keçiririk. Bizim şirkət məsələlərin həllində müştərilərimizin ixtisaslaşmasına, imkanlarının genişlənməsinə və həyata keçiriləcək layihələrin kompleksliyinə, fərdi yanaşmaya və müştərilərin tələblərinin maksimal dərəcədə təmin edilməsinə tam zəmanət verir.

SieTek MMC şirkəti hüquqi və etik normalara dair effektiv Korporativ Riayət etmə Proqramını təsdiq edir, buda bizim tibbi həll etmələrin təchizatçısı kimi vəzifəmizi əks etdirir. Bizim  hüquqi və etik normalara dair Korporativ Riayət etmə Proqramımız bizim işimizin (qurğuların quraşdırılması və yaxud əsas xidmər servisi) xüsusiyyətlərini nəzərə alır və buda şirkətimizin korporativ riayət etmənin  yüksək standartlarına bağlılığımızın hakim mövqelərindən biridir.

Hüquqi və etik normalara dair Korporativ Riayət etmə Proqramımızın əsas məqsədi qanun və yaxud şirkətin siyasətinin pozulmalarının qabağını alınması və aşkara çıxardılmasıdır. Beləliklə, biz hüquqi və etik normalara dair Korporativ Riayət etmə Proqramını elə bir şəkildə adaptə etmişik ki, şirkətimizin unikal mühitini əks etddirsin. Bundan başqa, proqram çox dinamikdir və buda şirkətimizin  müntəzəmən olaraq proqramın dəyişdirilməsinə və mükəmmələşdirilməsinə imkan yaradır. Biz Siemens Compliance Quide – Siemens şirkətinin hüquqi və etik normalara dair Dərsliyinin əsasında fəaliyyət göstəririk. Siemens şirkətinə müvafiqliyi dərslikdə şərh edilmiş mövqelərinə proqramımızda əks olunmasıdır. Biz həqiqətəndə inanırıq ki, bizim Hüquqi və etik normalara dair Korporativ Riayət etmə Proqramımız Siemens şirkətinin Hüquqi və etik normalara dair Riayət etmə dərsliyinin tələblərinə cavab verir. Bizim Hüquqi və etik normalara dair Korporativ Riayət etmə Proqramımıza əsasən biz nəzərətə, reviziyaya və qoyulmuş tələblərin riayət edilməsinin qiymətləndirilməsinə dair heç bir imkanı əsirgəməmirik.

Bu proqram qeyri-qanuni və qeyri-etik davranışların qarşısını alınmasının və ən azı aşkar edilməsinin ehtimalını artırır. Bizim Hüquqi və etik normalara dair Korporativ Riayət etmə Proqramımız Şirkətimizdəm vaxtında olan, təxirəsalınmaz qarşı reaksiya və müvafiq cəzalandırmaların həyata keçirilməsini tələb edir.

 

Məlumat üçün SieTek MMC-nin  aşağıdaki ünvanına müraciət edə bilərsiniz:

Azərbaycan, AZ1010 Bakı, Z. Əliyeva küç. 55,

"Yeni Həyat II" ofis binaları 6-cı mərtəbə

Tel.: +994(12) 499-78 04

Fax: +994(12) 499-78 05

e-mail: reception@sietek.az